Biləsuvarda taxıl biçini zamanı təhlükəsizlik tədbirlərinin, habelə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi ilə əlaqədar iclas keçirildi.
05 iyun 2024 | 17:00
05 iyun 2024-cü il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətində rayonda taxıl biçini zamanı təhlükəsizliyin təmin edilməsi, habelə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi ilə əlaqədar iclas keçirildi.
İclasda Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Vəlahəddin Yunsurov, Biləsuvar Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Soltan Eyvazov, Aqroservis ASC-nin Biləsuvar bölməsinin müdiri İman Mehrəliyev, idarə, müəssisə, təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyə sədrləri iştirak edib.
İclasda mühüm strateji məhsul olan taxıl və digər dənli bitkilərin vaxtında və itkisiz yığımı ilə əlaqədar həyata keçirilən tədbirlərdən, qarşıda duran təxirəsalınmaz vəzifələrdən danışılmışdır.