Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda taxıl biçini sürətlə davam etdirilir.

12 iyun 2025 | 11:33

Rayonda aparılan taxıl biçininin gedişini izləmək üçün Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov sahələri gəzərək, fermerlərlə görüşüb. İcra başçısı daha sonra “Aqropark – Yaşıl Ada” MMC-yə baş çəkib və burada aparılan biçin prosesini yerində izləyib.

Səfər çərçivəsində Faiq Qürbətov ərazidə yanğın təhlükəsizliyi və mühafizə tədbirləri ilə bağlı həyata keçirilən tədbirlərlə maraqlanıb.

İcra başçısı aqroparkın rəhbərliyi və fermerlərlə görüş zamanı onlara fəaliyyətlərində uğurlar arzulayıb, kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir texnologiyalardan istifadə və itkisiz məhsul yığımı istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

Məlumat üçün qeyd edək ki, cari ilin məhsulu üçün rayonumuzda ümumi olaraq 31678,0 hektar sahədə taxıl əkini aparılıb ki, bundan da 7563,0 hektarını buğda, 24115,0 hektarını arpa bitkisi təşkil edir.

Məhsulun sahələrdən vaxtında və itkisiz toplanması məqsədilə rayonda bütün qüvvələr səfərbər edilib.

Keçidlər