Biləsuvarda "Suğra və oğulları" adlı bədii filmi nümayiş olunub.
03 iyul 2024 | 11:11
Filmin rejissor İlqar Nəcəfin çəkdiyi “Suğra və oğulları” filmi İkinci Dünya müharibəsi dövrü Azərbaycanda - arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs olunur. Rejissor film haqqında danışaraq bildirib ki, “Suğra və oğulları” filminin ssenarisi təqribən, 12-13 hekayənin əsasında yaranıb.Filmin yaradıcı heyəti arasında avropalı mütəxəssislər də yer alıb.
Filimin prodüseri İntiqam Hacılı qeyd edib ki, film Hindistanda Kerala Beynəlxalq Kino Festivalında, Almaniyanın Nürnberq şəhərində Türkiyə-Almaniya Film Festivalının “Kinematoqrafiya dünyaları” bölməsində, XIV Asiya və Sakit okean Hövzəsi ölkələri Ekran mükafatlarının “Ən yaxşı ssenari” mükafatına nominant olub, Los-Ancelesdə keçirilən Cənub-Şərqi Avropa Ölkələri Film Festivalında isə münsiflər heyətinin xüsusi diplomuna layiq görülüb.
Filmin izləyən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov yaradıcı heyəti təbrik edərək, uğurlar arzulayıb.