Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Səyyar “Asan xidmət”in xüsusi avtobusu vətəndaşların xidmətindədir

05 sentyabr 2022 | 12:17

Ölkəmizdə hökümət tərəfindən vətəndaşa göstərilən diqqət və qayğı həyata keçirilən işlərdə və icra edilən layihələrdə də öz əksini tapır. Bu istiqamətdə vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən "ASAN xidmət” Mərkəzlərinin yaradılması da bunun bariz nümunəsidir.

Respublikanın bütün ərazilərində vahid mərkəzlərin faliyyət göstərməsi tam reallaşana kimi, "ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda sakinlərə səyyar şəkildə xidmət göstərilir. Dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və qabaqcıl üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olmaq Səyyar xidmətin əsas məqsədidir.

Bu məqsədlə İmişli “ASAN xidmət” mərkəzinin müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobusu 1 sentyabr 2022-ci il tarixdən başlayaraq Biləsuvar rayonunda sakinlərə səyyar xidmət göstərir.

Rayon sakinləri  əvvəlcə məlumat bürosundan növbə alır. Daha sonra növbə əsasında avtobusa daxil olaraq müraciətlərini edirlər.

Vətəndaşlara səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur.Bu xidmətlərə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, Xarici pasportun verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tibb xidməti (qan qrupu, boy və göz rənginin təyini üçün), tərcümə xidməti daxildir.Göstərilən səyyar xidmətin yeni başlamasına baxmayaraq artıq 300 nəfərdən çox rayon sakini xidmətin fəaliyyətindən yararlanıb.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.

Bildiririk ki, “ASAN xidmət”in səyyar avtobusu rayonda 30 sentyabr 2022-ci il tarixədək   xidmət göstərəcəkdir.

Keçidlər