Biləsuvarda şəhid Əkrəm Faiq oğlu Kəlbiyevin 40 mərasimi keçirilib.
Ölkəmizin ərazi bötüvlüyünün və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılmış antiterror tədbirləri zamanı şəhid olmuş Kəlbiyev Əkrəm Faiq oğlunun 40 mərasimində xatirəsi ehtiramla anılıb.
Mərasimlərdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və rayon ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri və yaxınları ilə görüşüblər.
Mərasimdə bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Kəlbiyev Əkrəm Faiq oğlu – 13 avqust 1993-cü ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Əkrəm, Azərbaycan Respublikası Daxili Qoşunlarının xüsusi təyinatlı hissəsində gizir vəzifəsində çalışır. Əkrəm Kəlbiyev 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılan antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. O, doğulduğu Aşağı Cürəli kəndində dəfn olunub.