Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda səfərdə olan Türkiyəli qonaqlar Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.

28 iyun 2024 | 10:24
Türkiyə Respublikasının Dənizli vilayətinin Çameli ilçəsi ilə rayonumuzun imzaladığı qardaşlıq protokolu əsasında Çameli şəhərindən gəlmiş nümayəndə heyəti Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyində olublar.
Muzeydən qonaqlara bildirilib ki, 9 may 2007-ci il tarixində rayon əhalisinin xidmətinə verilmiş Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyində rayonun qədim, orta əsrlər, yeni və ən yeni dövr tarixini əks etdirən çoxlu maddi mədəniyyət nümunələri, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və sənədlər vardır. Muzeyin həyətində açıq səma altında da eksponatlar nümayiş etdirilir.
Keçidlər