Biləsuvarda rayonunda növbəti “Əmək yarmarkası” keçirilib
24 aprel 2024 | 15:37
24 aprel tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Biləsuvar rayonunda növbəti "Əmək yarmarkası" keçirilib.
Mərkəzi Parkda keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəlahəddin Yunsurov və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri Habil Alıyev iştirak edib.
Yarmarkada Biləsuvar rayonunda işsiz və işaxtaran şəxslərə 18 müəssisə tərəfindən 150 vakant iş yerləri təqdim edilib. Təklif olunan vakansiyalar iqtisadi fəaliyyət növünə görə, rayonun əmək bazarının tələbatına uyğun olaraq əsasən kənd təsərrüfatı, emal, xidmət və istehsal sahələrini əhatə edib.
Əmək yarmarkasının açılış mərasimində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri Habil Alıyev və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəlahəddin Yunsurov çıxış edərək yarmarkanın keçirilməsində əsas məqsədin rayonda işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi və onların məşğulluğunun təmin edilməsinə dövlət dəstəyinin göstərilməsi olduğunu bildirib.
Tədbirdə həmçinin Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumat verilib.
İşsiz və işaxtaranların münasib işlərlə təminatı məqsədi daşıyan yarmarkada iştirakçılara, uyğun iş sahələrində təcrübə imkanlarının yaradılması təmin edilib və vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə məlumat verilib.
Əmək yarmarkasında 484 nəfərdən çox işaxtaran vətəndaş iştirak edib.