Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib.

06 dekabr 2023 | 12:23
Bu münasibətlə Biləsuvarda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayonda rabitə sahəsində çalışan işçilər tədbir öncəsi ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
İcra başçısı peşə bayramları münasibətilə bütün rabitə və informasiya texnologiyaları sahəsində çalışan işçiləri təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Çay süfrəsi arxasında davam edən tədbirdə qeyd olunub ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub və o, vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır.
Rabitə işçiləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər