Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda qanvermə aksiyası keçirilib.

10 aprel 2026 | 16:02
Biləsuvar Rayon İcra Hakimiyyəti, Respublika Qan Bankı və Biləsuvar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin birgə təşkilatçılığı ilə Biləsuvar Rayon Ailə Sağlamlıq Mərkəzində könüllü qanvermə aksiyası keçirilib.
Aksiya Xüsusi tibb briqadasının həkim-hematoloqları və mərkəzi xəstəxananın tibb heyətinin iştirakı ilə sağlam həyat tərzinin təbliği və talassemiya, hemofiliya, digər qan xəstəliklərindən əziyyət çəkən xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə təşkil olunub.
Qanvermə aksiyasına Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, rayonun idarə, müəssisə və təşkilatları da qoşulmuşdur.
Rayonun tibbi personalının könüllü olaraq qoşulduğu aksiyada donorların sağlamlıq vəziyyəti öncədən yoxlanılaraq qanvermə prosesinə cəlb olunublar.
Tədbirdə qan donorluğunun faydaları barədə də iştirakçılara ətraflı məlumatlar verilib.
Keçidlər