Biləsuvarda növbəti ağacəkmə aksiyası və iməciliklər keçirilib.
29 mart 2024 | 10:48
Biləsuvar Rayon İcra Hakimiyyətinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüləcək işlərlə bağlı təsdiq etdiyi Tədbirlər Planı”na uyğun olaraq rayonda növbəti ağacəkmə aksiyası və iməciliklər həyata keçirilib.
Keçirilən iməciliklərdə və ağacəkmə aksiyasında Biləsuvar Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisələrinin kollektivləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əməkdaşları, icra nümayəndəlikləri, bələdiyyələr və ictimai təşkilatlar aktiv şəkildə iştirak edib.
Aksiya zamanı rayonun ayrı-ayrı ərazilərində, təşkilatların həyətlərində, park və küçələrdə təmizlik və abadlıq işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib. Müxtəlif növ ağaclar və gül kolları əkilərək suvarılıb.
Qeyd edək ki, rayonda bu sahədə həyata keçirilən silsilə tədbirlər ekoloji vəziyyətin sağlamlaşdırılması ilə yanaşı, cəmiyyətdə də ekoloji mədəniyyət və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək məqsədi daşıyır.