Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilib.

07 mart 2024 | 15:55
Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və din xadimləri iştirak edib.
Tədbirdə çıxış edən İcra başçısı Faiq Qürbətov qeyd edib ki, ölkəmizdə milli mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub, mövcud olan dövlət-din münasibətləri həmişə yüksək səviyyədə inkişaf edib. Milli mənəvi dəyərlərin tərkib hissəsi olan İslami dəyərlərə xüsusilə hörmətlə yanaşılıb. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan bütün dünyada tolerantlıq nümunəsidir.
Tədbirdə Ramazan ayı ilə bağlı qarşıda duran vəzifələr din xadimlərinin nəzərinə çatdırılıb.Bildirilib ki, məzhəblərarası təfriqə və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərdən heç bir vəchlə istifadə edilməməli, din xadimləri belə halların qarşını almağa çalışmalıdırlar. Tövsiyə edilib ki, bu əziz ayda dinimizdə müqəddəs sayılan şəxslərlə yanaşı, torpaqlarımzın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi daim yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərliyin təbliğinə xüsusi diqqət yetirilsin. Keçirilən bütün tədbirlər dinimizin və dövlətimizin qanunları çərçivəsində keçirilməsinin vacibliyi qeyd edilib.
Görüş zamanı tədbir iştirakçılarının təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər