Biləsuvarda “Müasir çağırışlar və dini fəaliyyət” adlı seminar keçirildi.
05 dekabr 2023 | 16:56
Biləsuvarda “Müasir çağırışlar və dini fəaliyyət” adlı seminar keçirildi.
Bu gün Biləsuvar Rayon İcra Hakimiyyəti və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Müasir çağırışlar və dini fəaliyyət” adlı seminarda Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ziya Qurbanov, Mənəvi Dəyərlərin Təbliği Fondunun şöbə müdiri Rəşid Paşalı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov,İlahiyyat üzrə fəlsəfə doktoru, din psixologiyası üzrə mütəxəsis Eldar Kərimov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov və rayonun din xadimləri iştirak edib.
Seminarı giriş sözü ilə açan Biləsuvar RİH-nin nümayəndəsi Ziya Qurbanov dövlət-din münasibətlərindən, ölkədəki tolerantlıq ənənələrindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində dini maarifləndirmənin əhəmiyyətindən danışıb.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun şöbə müdiri Rəşid Paşalı çıxış edərək ölkəmizdə dini sahəyə, milli-mənəvi dəyərlərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğı barədə danışaraq, dini sabitliyin qorunub saxlanılması barədə görülən işlərdən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov çıxışında prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərdiyini qeyd etmişdir.
Tədbirdə çıxış edən İlahiyyat üzrə fəlsəfə doktoru,din psixologiyası üzrə mütəxəsis Eldar Kərimov müasirləşmə ilə bağlı milli dövlətlərin yaranması prosesində Milli Kimliklərin inkişafı və möhkəmlənməsi prosesində bir tərəfdən ümmət strukturda dəyişikliyə səbəb olmuşdursa,digər tərəfdən,milli kimliklərin qurulmasında dinin mühüm rol oynamasını bildirmişdir.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov çıxışında Biləsuvarda dövlət qeydiyyatından keçmiş 12 dini icmanın fəaliyyət göstərməsini bildirmişdir.Ə.Murtuzov əlavə olaraq Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların,dünyagörüşün,müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolun daha aydın göründüyünü qeyd etmişdir.
Tədbirin sonunda din xadimlərinin sualları cavablandırıldı və ehsan süfrəsi təşkil edildi.