Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda melioratorların peşə bayramı qeyd edildi.

05 iyun 2022 | 14:43
5 may 2022-ci il tarixdə keçirilən tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov və rayonun melioratorları iştirak edib.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna ehtiramlarını bildiriblər.
Rayon Suvarma Sistemləri İdarəsində keçirilən tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Rayon Suvarma Sistemləri və Cənubi Müğan Kanal İstismar İdarələrinin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Tədbirdə bildirilib ki, 2007-ci ildə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iyunun 5-i “Meliorator günü” kimi təsis edilib. Azərbaycanda müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, bu sahənin inkişafı Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdən başlamışdır. Ulu öndərin şəxsi təşəbbüsü ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat, layihə-axtarış institutlarına malik ixtisaslaşdırılmış meliorasiya infrastrukturu yaradılmışdır. Artıq müstəqillik dövründə təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bir çox layihələr Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində vaxtında başa çatdırılmış, yeni proqramların icrasına başlanmışdır.
Biləsuvar rayonunda da ötən müddət ərzində meliorasiya sahəsində bir çox işlər görülmüş və hazırda da davam etdirilir.
Hər iki İdarə tərəfindən hidrotexniki qurğular, kanallar və onların mühafizə zolaqları, kanallar boyunca səviyyə qaldıran və suburaxan tənzimləyici qurğuların texniki tələblərə cavab verən səviyyədə saxlanması həyata keçirilir, kanal və su arxlarının lildən təmizlənməsi işləri görülməklə mexaniki və öz axımı ilə suvarmalar aparılır.
Tədbirdə qeyd olunmuşdur ki, biləsuvarlı melioratorlar fəaliyyətləri istiqamətində əzmlə və fədakarlıqla çalışaraq öz işlərinin öhdəsindən gəlməyə çalışırlar.
Tədbirdə bir daha bütün melioratorlar 5 iyun “Meliorator günü” münasibətilə təbrik edilərək, onlara çətin və şərəfli işlərində yeni-yeni nailiyyətlər arzulanmışdır.
Fəaliyyətlərində fərqlənən bir qrup melioratorlar təltif olunmuşlar.
Keçidlər