Biləsuvarda Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı qeyd olunub.
01 noyabr 2024 | 10:58
1 Noyabr-Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı günü ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev və mərkəzinin əməkdaşları Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsinə tər çiçəklər düzdülər.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov peşə bayramları münasibətilə rayonda kənd təsərrüfatı sahəsində çalışanları təbrik edərək, onlara işlərində yeni-yeni uğurlar arzulayıblar.