Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda keçirilən "Açıq mikrofon" aksiyasında Köhnə Amankənd sakinləri kəndin qazlaşdırılmasını xahiş etdilər.

16 may 2023 | 14:29

Ölkəmizdə  təbii qaza olan tələbatın tam ödənilməsi, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlərin görülməsi  ölkə  Prezidenti  İlham Əliyevin daim nəzarətdə saxladığı əsas məsələlərdəndir.

16 may tarixində “Azəriqaz” İB-nin Lənkəran Regional Qaz İstismar İdarəsi tərəfindən rayonun Köhnə Amənkənd adlanan yaşayış məntəqəsində həyata keçirdiyi “Açıq mikrafon” aksiyası da məhz bu sahədə işlərin davamlı olaraq həyata keçirilməsinə xidmət göstərir.

Aksiyada Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov və kənd sakinləri iştirak edib.

Aksiyada iştirak edən sakinlər kənddə mavi yanacağın olmamasının onların yaşayışında xeyli çətinliklər yaratdığını qeyd edərək, ölkə rəhbərliyindən və aidiyyəti şəxslərdən bütün kənd sakinləri adından xahiş etmişlər ki,  kəndin  qazlaşdırılmasında yardımçı olsunlar.

Bildiririk ki, Biləsuvar rayonunun Amankənd inzibati ərazi dairəsinin bir hissəsi olan və Köhnə Amənkənd adlanan yaşayış məntəqəsində 240 nəfərin yaşadığı 45 təsərrüfat var.

Aksiyada sakinlərin müraciətləri dinlənildikdən sonra aidiyyəti üzrə tapşırıqlar verilib.

 

Keçidlər