Biləsuvarda "İnsan hüquqları, erkən nikahlar və qohum evliliklərinin qarşısının alınması" mövzusunda maarifləndirmə tədbiri keçirildi.
10 oktyabr 2024 | 17:23
Biləsuvar Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun və Biləsuvar Rayon Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları, erkən nikahlar və qohum evlikliklərinin qarşısının alınması” mövzusunda keçirilən maarifləndirmə tədbirində Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, böyük məsləhətçisi Məhərrəm Qurbanov, Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, Biləsuvar Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi Səbinə Şirinli, valideynlər və ümumtəhsil məktəblərinin şagirdləri iştirak etdilər.
Maarifləndirmə tədbirini giriş sözü ilə Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev açaraq rayonda nikah, boşanma, erkən nigah halları ilə bağlı statistik göstəricilər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdikdən sonra, rayonumuzda erkən nikah, qonum evlilikləri hallarının qarşısının alınması məqsədilə aparılan işlərdən, mütəmadi olaraq həyata keçirilən müxtəlif tədbirlərdən bəhs etmiş, bütün aidiyyəti dövlət qurumlarının erkən nikah, qohum evlilikləri hallarına qarşı birgə fəaliyyətinin önəmini bir daha vurğulamışdır.
Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxışında erkən nikah, qonum evlilikləri hallarının cəmiyyət üçün yaratdığı fəsadlardan, bu cür halların gənc qızların təhsildən yayınmasına və səhhətlərinə birbaşa təsirindən söhbət açmış, valideynləri məlumatlı olmağa bu istiqamətdə maariflənməyə səsləmişlər.
Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi Səbinə Şirinli bu sahə üzrə güclü təbliğat işinin aparılması, maarifləndirmə tədbirlərinin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğuladı, aidiyyatı strukturların imkan və qüvvəsindən lazımınca istifadə olunmağını diqqətə çatdırdı.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırıldı, müzakirə olunan mövzu ilə əlaqədar videofilm nümayiş etdirildi.