Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda inşa olunan Günəş elektrik stansiyasının mühafizəsinin təşkili ilə əlaqədar imzalanma mərasimi keçirilib.

14 avqust 2025 | 12:53

14 avqust 2025-ci il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti, podratçı təşkilat “NWEPDİ.AZ” LLC və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Cəlilabad Regional Mühafizə şöbəsi arasında Günəş Elektrik Stansiyasının (GES) tikintisi və istismarı zamanı mühafizə xidmətinin göstərilməsi barədə müqavilənin imzalanması mərasimi keçirilib.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Baş Mühafizə İdarəsinin Cəlilabad Regional Mühafizə şöbəsinin rəisi, polkovnik-leytenant Rəfail Cəfərov, podratçı təşkilat “NWEPDİ.AZ” LLC-in direktoru Du Ning və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Cəlilabad Regional Mühafizə şöbəsi rəisi polkovnik-leytenant Rəfail Cəfərov və podratçı təşkilat ”NWEPDİ.AZ” LLC-in drektoru Du Ning arasında imzalanan müqaviləyə əsasən, tərəflər üzərlərinə düşən öhdəliklərin vaxtında və tam şəkildə yerinə yetirilməsini, əməkdaşlığın qarşılıqlı etimad, məsuliyyət və peşəkarlıq prinsipləri əsasında qurulmasını öhdələrinə götürüblər. Bu əməkdaşlıq GES-in tikinti və istismar dövründə təhlükəsizlik səviyyəsinin yüksək saxlanılmasına, obyektin fasiləsiz və etibarlı fəaliyyətinə mühüm töhfə verəcək. Bununla yanaşı, layihə ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, texniki avadanlıqların qorunması və işçi heyətin təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi təmin ediləcək. Həmçinin, görüləcək işlər regionda iri enerji layihələrinin icrasında müasir mühafizə standartlarının tətbiqinə nümunə olacaq.

Qeyd edək ki, ümumi gücü 445 meqavat olacaq Günəş Elektrik Stansiyasının inşasına, Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında imzalanmış müqaviləyə əsasən başlanılmış və 4 iyun 2024-cü il tarixində, Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı və xeyir-duası ilə layihənin təməli qoyulmuşdur.

Keçidlər