Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Haqqın 44 günü” adlı teatr tamaşası nümayiş olunub.

25 sentyabr 2025 | 15:41
Biləsuvar rayon İcra Hakimiyyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlərin davamı olaraq bu gün Biləsuvar Gənclər evində Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran Dövlət Dram Teatrı tərəfindən hazırlanmış “Haqqın 44 günü” adlı teatr tamaşası nümayiş olunub.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, tamaşada birinci və ikinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb. Səhnə əsərində həmçinin müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan da bəhs olunur, müzəffər Ordumuzun əzmkarlıq nümayiş etdirərək 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızı 44 günə düşmən tapdağından xilas etməsinin sevinci canlandırılır.
Tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Tamaşadan sonra teatrın truppası ilə görüşən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Zəfərimizdən bəhs edən gözəl tamaşanın hazırlanmasına görə təşəkkürünü bildirərək, komandaya uğurlar arzulayıb.
Keçidlər