Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıqla bağlı növbəti görüş keçirilib.

17 oktyabr 2024 | 11:52

Biləsuvar Rayon İcra Hakimiyyətində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin və onun tərəfdaş şirkəti olan “SOCAR Green”-in mütəxəssislərinin iştirakı ilə rayonda tikiləcək Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıq, mövcud vəziyyətin qiymətləndirilməsi və görüləcək işlərlə bağlı növbəti görüş keçirilib.

Görüşdə Biləsuvar rayonu İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, başçının  müavinləri, Masdar” şirkətinin nümayəndələri Amr Usama, Abdalla Əli AlMarzooqi, Murad Sadıxov,Yaşar Qocayev, tərəfdaş şirkət olan “SOCAR Green”-in nümayəndələri İlkin Osmanov  və Şamil Nuri tərəfindən tikintiyə hazırlıq  işlərinin faktiki vəziyyəti qiymətləndirilib və bu istiqamətdə  görüləcək işlər müzakirə olunub.

Bildiririk ki, Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında aparılan danışıqların yekunu olaraq, Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyasının tikintisi qərara alınıb və bu məqsədlə Biləsuvar rayonunun inzibati ərazisində, dövlət mülkiyyətində olan 1454,0 hektar torpaq sahəsi ayrılıb.

Keçidlər