Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Gözümün Nuru Vətən ” filminin təqdimatı keçirilib.

06 noyabr 2025 | 17:48

Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində bu gün Biləsuvar rayon Heydər Əliyev Mərkəzində  44 günlük Vətən müharibəsi zamanı hər iki gözünü itirmiş Kamran Baxşızadə və Rəhman Nuriyev haqqında çəkilmiş “Gözümün Nuru Vətən ” filminin təqdimatı keçirilib.

Tədbirdə  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, filmin ideya müəllifi,yazar, Simuzər Ağakişiyeva, tanınmış aktrisa Günəş Tegin, idarə, təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Filmin nümayişindən öncə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  Zəfər bayramının 5-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 gün müddətində qazandığı qələbədən danışdı. İcra başçısı qələbənin əldə olunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhunun əbədi olaraq yaddaşlarda yaşayacağını və hər zaman minnətdarlıqla anılacağını bildirdi.

 İcra başçısı bildirib ki, müharibədə qəhrəmanlıq göstərərək öz sağlamlıqlarını itirən igid oğullarımız dövlətimiz tərəfindən qayğı və diqqətdə saxlanılmaqla onların sosial müdafiəsi daim gücləndirilir, sağlamlıqları ilə bağlı müalicələri davam etdirilir.

Film haqqında öz fikirlərini bölüşən icra başçısı qeyd edib ki, bizim qəhrəmanlarımızın həyat yolu, onların şücaətləri həmişə gənclərə örnək olmalı və onlarda vətənpərvərlik hissi aşılamalıdır. “Gözümün Nuru Vətən” filminin də məhz vətənpərvərlik və Zəfər qazanmaq hisləri üzərində çəkilməsi bu gün gənclər üçün bir məktəbdir.

Tədbirdə filmin ideya müəllifi yazar, Simuzər Ağakişiyeva çıxış edərək film haqqında fikirlərini bölüşdü və təqdimata görə öz minnətdarlığını bildirdi.

Sonra “Gözümün Nuru Vətən” filmi nümayiş olundu.

Keçidlər