Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Gənclərimizi qoruyaq, narkotiklərə yox deyək” adlı maarifləndirici tədbir keçirildi.

01 dekabr 2023 | 16:39
Bu gün Biləsuvar Rayon Peşə Liseyində Biləsuvar Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Gənclərimizi qoruyaq, narkotiklərə yox deyək” adlı maarifləndirici tədbir keçirildi.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Azər Cəfərli, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun üzvü Vasif Quliyev və rayon gəncləri iştirak edib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Azər Cəfərli çıxış edərək narkomanlığın müasir dövrdə bütün bəşəriyyəti narahat edən ciddi sosial bəla olduğunu qeyd edərək, ölkəmizdə, o, cümlədən rayonumuzda da bu bəlaya qarşı mübarizə sahəsində geniş tədbirlər həyata keçirildiyini bildirib.Natiq qeyd edib ki, hazırda rayon ictimaiyyəti də rəsmi qurumlara kömək məqsədi ilə təbliğati işlərdə daha fəal iştirak edir. A.Cəfərli gəncləri narkomaniya bəlasına qarşı diqqətli olmağa, onlara bu bəladan uzaq durmağa çağırdı.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun üzvü Vasif Quliyev tədbirdə slaydlar əsasında çıxış edərək dövlət səviyyəsində bu bəlaya qarşı aparılan tədbirlərdən geniş danışdı və hər bir şəxsi narkamaniya ilə mübarizədə daha fəal olmağa səslədi.
Tədbirin sonunda narkotiklərin fəsadları barədə gənclərin sualları cavablandırıldı.
Keçidlər