Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda "Ətraf mühit və sosial təsirin qiymətləndirilməsi" mövzusunda tədbir keçirilib.

26 sentyabr 2024 | 16:22
Biləsuvar rayon Icra Hakimiyyətində Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin və “Ətraf Mühit və İdarəetmə Məsləhətçi” şirkətinin nümayəndələri tərəfindən "Ətraf mühit və sosial təsirin qiymətləndirilməsi" mövzusunda tədbir keçirilib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini- sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəlahəddin Yunsurov, ““Masdar” şirkətinin tərəfdaşı, ətraf mühit və sosial arasdırmalar üzrə ixtisaslaşmış ”5 Kapitals” şirkətinin nümayəndələri Bilge Karakaş, Sərdar Hüseynov, rayonun inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyələr iştirak edib. Görüş zamanı layihə barədə ətraflı məlumat verilmiş, suallar cavablandırılmışdır.
Məlum olduğu kimi 26 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi imzalanmışdır. Biləsuvar Günəş Elektrik Stansiyası investisiya layihəsi üzrə birinci fazaya daxil olan üç stansiyadan biridir. Layihənin məqsədi bərpa olunan enerji mənbələri yaratmaqla Azərbaycanın elektrik enerjisi təchizatını artırmaq, bununla havaya buraxılan qazların azaldılması və təbii resurslara qənaət edilməsidir. Layihənin icrası ilə əlaqədar Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən kənd təsərrüfatı üçün az yararlı olan, demək olar ki, bitki örtüyü olmayan 1454 hektar qış otlaq təyinatlı torpaq sahəsi ayrılmış və yaxın günlərdə stansiyanın tikintisinə başlanılacaqdır.
Keçidlər