Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Əsrin müqaviləsinin 30 illiyi” və “Dövlət Suverenliyi Günü”münasibətilə elmi –praktiki konfrans keçirilib.

20 sentyabr 2024 | 12:28

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Əsrin müqaviləsinin 30 illiyi” və “Dövlət Suverenliyi Günü” münasibətilə keçirilən elmi–praktiki konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, siyasi xadim Həsən Həsənov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri düzdülər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,Ümummili Lider Heydər Əliyevin və və törpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətov bildirib ki, Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişi nəticəsində ölkəmizdə sabitlik yarandı, malik olduğumuz təbii resurslardan səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atıldı. Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində ölkənin müstəqilliyində və inkişafında mühüm amilə çevrilən “Əsrin müqaviləsi” adlı beynəlxalq neft kontraktları imzalandı.1994-cü ilin 20 sentyabrında Ulu Öndər bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan suveren dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxıb, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmindədir.Bu müqavilə həm də o, zamanın çətin anlarında dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

İcra başçısı çıxışı zamanı qeyd etdi ki, əgər “Əsrin müqaviləsi” Ulu Öndərin birinci şah əsəri idisə, 2002-ci ildə özünün iştirakı ilə təməli qoyulan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dahi şəxsiyyətin ikinci şah əsəri oldu. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən müddət ərzində Cənab Prezidentin rəhbərliyi ilə 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırıldı, 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirildi, Əsrin müqaviləsi 2050-ci ilə qədər uzadıldı.Həyata keçirilən bu siyasət nəticəsində Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsi regional deyil, qlobal bir məsələyə çevrildi. Azərbaycanın iqtisadi potensialının ən vacib komponenti olan neft amilinin düzgün idarə edilməsi 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin qazanılmasında da mühüm rol oynadı.Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki, ölkəmizlə ultimatum dilində danışmaq olmaz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələri və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu.

Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərancamı ilə hər il 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü olaraq təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bir daha rayon əhalisini həm "Əsrin müqaviləsinin 30 illiyi”, həm də  “Dövlət suverenliyi Günü” bayramları münasibətilə təbrik edərək, ölkəmizin inkişafı və tərəqqisi naminə uğurlar diləyib.

Tədbirdə siyasi xadim Həsən Həsənov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov və başqaları çıxış edərək  1994-cü ilin sentyabr ayının 20-də imzalanmış “Əsrin müqaviləsi”nin tarixi və iqtisadi əhəmiyyətindən danışaraq vurğulayıblar ki, “Əsrin müqaviləsi” ölkədə görülən işlər, siyasi və iqtisadi islahatlar, milli maraqların gerçəkləşməsi üçün gələcəyimizə böyük inam və etibarlı təminat yaradır. “Əsrin müqaviləsi”nin Azərbaycan üçün iqtisadi-sosial əhəmiyyəti qədər, siyasi əhəmiyyəti də çox böyükdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yerini tutmasında “Əsrin müqaviləsi”nin müstəsna rolu var.

Keçidlər