Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirildi.

19 sentyabr 2023 | 14:39

Biləsuvar rayonunda “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq bu gün Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban və rayon  ictimaiyyətinin nümayəndələri iştirak edib.

 Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Faiq Qürbətov bildirib ki, Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişi nəticəsində ölkəmizdə sabitlik yarandı, malik olduğumuz təbii resurslardan səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atıldı. Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində nail olunan atəşkəsdən aylar sonra ölkənin müstəqilliyində və inkişafında mühüm amilə çevrilən  “Əsrin müqaviləsi” adlı beynəlxalq neft kontraktları imzalandı.1994-cü ilin 20 sentyabrında Ulu Öndər bir daha bütün dünyaya sübut etdi ki,  Azərbaycan suveren dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxıb, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmindədir.Bu müqavilə həm də o, zamanın çətin anlarında dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.  

İcra başçısı çıxışı zamanı qeyd etdi ki, əgər “Əsrin müqaviləsi” Ulu Öndərin birinci şah əsəri idisə, 2002-ci ildə özünün iştirakı ilə təməli qoyulan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dahi şəxsiyyətin ikinci şah əsəri oldu. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən  müddət ərzində Cənab Prezidentin rəhbərliyi ilə 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırıldı, 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirildi, Əsrin müqaviləsi 2050-ci ilə qədər uzadıldı.Həyata keçirilən bu  siyasət nəticəsində Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsi regional deyil, qlobal bir məsələyə çevrildi. Azərbaycanın iqtisadi potensialının ən vacib komponenti olan neft amilinin düzgün idarə edilməsi 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin qazanılmasında da mühüm rol oynadı.

Tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban və digərləri 1994-cü ilin sentyabr ayının 20-də imzalanmış “Əsrin müqaviləsi”nin tarixi və iqtisadi əhəmiyyətindən danışaraq vurğulayıblar ki, “Əsrin müqaviləsi” ölkədə görülən işlər, siyasi və iqtisadi islahatlar, milli maraqların gerçəkləşməsi üçün gələcəyimizə böyük inam və etibarlı təminat yaradır.

Tədbirdə  ölkəmizin neft strategiyasına həsr olunmuş videoçarx nümayiş olunub.

Keçidlər