Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Erkən nikaha yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirildi.

01 may 2023 | 14:29
Maarifləndirmə tədbirində iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Məhərrəm Qurbanov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Rayon Təhsil sektorunun əməkdaşı Əlisafa Qənbərov çıxış edərək erkən nikah problemi, onun yaratdığı fəsadlar və həlli yolları barədə gənclərə məlumat veriblər. Tədbirdə qeyd olunub ki, erkən nikahın cəmiyyət üçün yaratdığı fəsadların qarşısının alınması üçün daim güclü təbliğati iş aparılmalı, maarifləndirmə tədbirləri mütəmadi olaraq keçirilməlidir. Bu istiqamətdə aidiyyatı dövlət strukturlarının imkan və qüvvəsindən lazımınca istifadə olunmalıdır.
Sonda maarifləndirici film nümayiş etdirildi, gənclərin iştirakı ilə müzakirələr aparıldı.
Keçidlər