Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

30 dekabr 2023 | 19:26
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Heydər Əliyev Parkında keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisələrin, kollektivləri, şəhid ailələri, qazilərimiz və rayon sakinləri iştirak edib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə rayon sakinlərini təbrik edərək, yeni ildə hər bir sakinimizə möhkəm can sağlığı, uzun ömür, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar və xoşbəxtlik arzulayıb.
Bayram şənliyinə həsr olunmuş tədbir müxtəlif əyləncəli oyunlar və konsert proqramı ilə davam edib.
Sonda möhtəşəm atəşfəşanlıq olub.
Keçidlər