Biləsuvarda “Dini dözümlülük və insan hüquqları” mövzusunda tədbir keçirilib.
30 may 2025-ci il tarixində Biləsuvar şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini dözümlülük və insan hüquqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şirvan-Salyan regional bölməsinin müdiri Sənan Xəlilov, Bİləsuvar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ziya Qurbanov, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, Biləsuvar Rayon Ağsaqqallar şurasının sədri Akif Kazımov, dini xadimləri və dini icma sədrləri iştirak etmişdirlər.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra çıxış edən natiqlər insan hüquqlarının və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə humanizm keyfiyyətlərinin formalaşdırmasından bəhs etmişlər.
Tədbirin sonunda din xadimlərini maraqlandıran suallar cavablandırılıb.