Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda COP29 keçirildiyi tarixlərdə aidiyyəti vacib məsələlərin təmin olunması ilə bağlı yaradılmış qərargahın iclası keçirildi

01 noyabr 2024 | 18:03

İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə müəssisə və təşkilatların rəhbərləri iştirak etdi.

İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirdi ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına- COP29-a ev sahibliyi etməsi Prezident cənab İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyindən və Təhlükəsizlik Şurasına üzvlündən sonra xarici siyasətimizin ən böyük uğurudur. 

2024-cü il 11-22 noyabr -COP29 keçirildiyi tarixlərdə Biləsuvar rayonu ərazisində bütün həyati vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz  fəaliyyətinin təmin edilməsi və müvafiq  ərazilərin sanitar təmizliyinin daim diqqətdə saxlanılması və zəruri tədbirlər görülməsi məqsədilə qərargah yaradılmışdır. Qərargahın fəaliyyətinin operativliyini təmin etmək məqsədilə  qaynar xətt xidməti və fasiləsiz növbətçilik sistemi təşkil edilmişdir. Qərargah üzvləri tərəfindən görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə mütəmadi olaraq məlumatların qərargaha verilməsinin təmin edilməsi və COP29-un respublikamızda keçiriləcəyi tarixlərdə rayonda elektrik, qaz, su, yol infrastrukturunun fəaliyyətinin fasiləsiz təmin edilməsi və ərazilərin sanitar təmizliyinin  nəzarətdə saxlanılması tövsiyə edilmişdir.

Keçidlər