Biləsuvarda “Caz rəsmlərdə” adı yaradıcılıq sərgisi nümayiş olunub.
Bu gün Biləsuvar rayonunda Şirvan-Salyan Mədəniyyət idarəsi təşkilatçılığı ilə ilk dəfə olaraq Salyan Dövlət Rəsm Qalereyası tərəfindən “Caz rəsmlərdə” adı yaradıcılıq sərgisi nümayiş etdirib.
Sərgidə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Mədəniyyət idarəsinin rəisi Şahin Şahbazov, Salyan Dövlət Rəsm Qalereyasının rəsamları və rayon ictimayyətini nümayəndələri iştirak edib.
Qeyd edək ki, Biləsuvar Dövlət Rəsm Qalereyasında gerçəkləşən sərgi görkəmli cazmen, bəstəkar, pianoçu, Azərbaycanda caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin (1940-1979) xatirəsinə həsr edilib.
Tədbirdə çıxış edənlər dahi sənətkarın həyat və yaradıcılığı haqqında danışaraq, onu rəsmlərlə yada salan rəssamlara uğurlar arzulayıblar.
Canlı caz musiqilərinin ifa olunduğu sərgidə peşəkar və həvəskar rəssamların 40-dək əsəri nümayiş olunub.