Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Avropa və dünya çempionları ilə gənclərin görüşü keçirilib

28 may 2024 | 10:08

Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirlər çərçivəsində beşqat dünya çempionu Ehram Məcidov və bodybuildiung üzrə avropa çempionu Fariz Nəcəfovla rayon gənclərinin və idmançıların görüşü keçirilib.

Biləsuvar rayon Gənclər Evində keçirilən görüşdə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bayram münasibətilə iştirakçıları təbrik edərək, Azərbaycan xalqının XX əsrin əvvəlində Şərqdə ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu bildirib.İcra başçısı qeyd edib ki, bununla da 1918-ci ilin 28 may günü Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil oldu.

Faiq Qürbətov bildirib ki, Sovet imperiyası dağıldıqdan sonra təkrar azadlığına qovuşan ölkəmizin müstəqilliyi ümummilli lider Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər sayəsində qorundu və daha da möhkəmləndirildi. Hazırda isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən güclü və sabit olkəsi olaraq inkişaf edir.

İcra başçısı bildirdi ki, məhz cənab Prezidentin ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğının nəticəsidir ki, Azərbaycan artıq dünya arenasında bir idman ölkəsi olaraq tanınır.

Faiq Qürbətov hər iki idmançını çoxsaylı qələbələri münasibətilə təbrik edərək onlara uğurlar arzuladı.

Tədbirdə çıxış edən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov iştirakçıları salamlayaraq, səmimi ürək sözlərini çatdırıb.

Tədbirdə çıxış edən beşqat dünya çempionu Ehram Məcidov və Avropa çempionu Fariz Nəcəfov gənclərə daim öz üzərlərində çalışmalı olduqlarını, nümunəvi,vətənpərvər bir gənc kimi yetişməyi tövsiyə etdilər.

Sonda isə çempionlar gənclərin suallarını cavablandırdı, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzuladılar.

 

Keçidlər