Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda aparılan abadlıq-quruculuq işləri 2024-cü ildə də davam etdiriləcəkdir.

30 dekabr 2023 | 18:07
Biləsuvar rayon İcra Hakimiyyəti 2022-ci ildə görülmüş işlərin davamı olaraq 2023-cü ildə də şəhərin küçə və parklarında işıqlandırma sistemlərinin yenidən qurulması, yolların asfaltlaşdırılması, piyada səkilərinin tikintisi və yaşıllıqların salınması işlərini həyata keçirmişdir.
Bu il şəhərin 23 küçəsində və 5 dalan hissəsində ümumi uzunluğu 10,8 km olan yollar yenidən qurularaq asfalt-beton üzlük vurulmuşdur.
İl boyu bir çox küçə və parklarda zədələnmiş işıq dirəkləri dəyişdirilmişdir. Hazırda isə 8 mart küçəsində 16 ədəd, Heydər Əliyev Parkında isə 54 ədəd olmaqla yeni işıq dirəklərinin quraşdırılması işləri aparılır.
Son illər Biəsuvar şəhərinin küçələrində piyada səkilərinin əsaslı şəkildə yenidən tikintisinə başlanılmışdır. Görülən işlərin davamı olaraq bu il Səməd Vurğun küçəsində iki tərəfli olmaqla 608.1 metr uzunluğunda səki tikilərək əhalinin istifadəsinə verilmişdir. Hazırda uzunluğu 1267 metr olan, şəhid Pərvin Əliyev küçəsində piyada səkisinin tikintisi başa çatmaq üzrədir. Səkilərin kənarlarına səki daşları düzülür, üstü isə asfaltlanır.
Bildiririk ki, Biləsuvar Rayon İcra Hakimiyyəti 2023-cü ildə rayonun abadlaşdırılması istiqamətində həyata keçirdiyi işləri mərhələli şəkildə olmaqla 2024-cü ildə də davam etdirəcəkdir.
Keçidlər