Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş bayraq yürüşü keçirilib və konserti proqramı təşkil olunub.

08 noyabr 2025 | 20:55

Biləsuvar rayonunda Zəfər bayramının 5 illiyinə həsr olunmuş bayraq yürüşü keçirilib.

Əsgərlərimizin müşayəti ilə Azərbaycan Bayrağı Heydər Əliyev Parkının qarşısından başlayaraq şəhərin mərkəzindən keçməklə Mərkəzi Parka gətirilib.

Bayram tədbirində Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kollektivləri, şəhid ailələri, qazilərimiz və rayon sakinləri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bayram tədbirində çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Zəfər bayramı münasibətilə rayon sakinlərini təbrik edərək xoş arzularını çatdırıb.

Sonra Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi geniş konsert proqramı təqdim edilib.

Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq nümayiş olunub.

Keçidlər