Biləsuvarda 5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd edilib.
05 iyun 2024 | 10:12
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayonun su təsərrüfatı və meliorasiya sahəsində çalışan idarələrinin kollektivləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsinə gül dəstələri düzüb,dahi şəxsiyyətin ruhuna ehtiramlarını bildiriblər.
Rayon Suvarma Sistemləri İdarəsində keçirilən tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov su təsərrüfatı və meliorasiya sahəsində çalışan şəxsləri peşə bayramları münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Sonda fəaliyyətlərində fərqlənən bir qrup su təsərrüfatı və meliorasiya işçisi fəxri fərmanla təltif olunub.