Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib.

16 dekabr 2025 | 15:47

Bu gün Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün – Tarixi zəfər” adlı kitabının III və IV cildinin təqdimatı keçirildi.

Mərasimdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Xatirə Kitabı Redaksiyasının əməkdaşları, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin müdiri Araz Əlizadə, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak etdi.

Kitabın təqdimat mərasimdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən danışdı və bu qələbəni bizlərə yaşadan qəhrəman şəhidlərimizin xatirələrinin daim uca tutulacağını bildirdi. Qeyd olundu ki,onların xatirələri həmişə əziz tutulur, adları əbədiləşdirilir, məzarları xalqın ziyarətgahına, and yerinə çevrilib. İcra başçısı “44 gün – Tarixi zəfər” adlı kitabın ərsəyə gəlməsində zəhməti olan bütün kollektivə öz minnətdarlığını bildirdi.

Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasının baş direktoru Nəzakət Məmmədova çıxış edərək kitabın ərsəyə gəlməsi üçün görülən işlərdən danışıb, şəhidlərimizin qəhrəmanlığının bundan sonra da tədqiqat və təbliğat mövzusu olacağını qeyd edib.

Bildirilib ki, “44 gün – Tarixi zəfər” kitabında Vətən müharibəsində həlak olan qəhrəman şəhidlərimizin barədə ensiklopedik məlumat verilib və onların xatirəsi əbədiləşdirilib.

Təqdimat mərasimində çıxış edənlər Vətən müharibəsində qazanılan qələbədə canını fəda edən şəhidlərimizin qəhrəmanlıqları haqqında danışaraq, kitabın hazırlanmasında zəhməti olan hər kəsə minnətdarlıq ediblər.

Sonda şəhid ailələrinə “44 gün – Tarixi zəfər” kitabı hədiyyə olunub.

 

Keçidlər