Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 4 sentyabrdan başlayaraq səyyar “ASAN xidmət”in xüsusi avtobusu vətəndaşların xidmətindədir.

04 sentyabr 2023 | 17:13

4 sentyabr tarixindən başlayaraq “ASAN xidmət” mərkəzinin müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobusu Biləsuvarda  sakinlərə səyyar xidmətə başlayıb.

Vətəndaşlar Biləsuvar şəhər Mədəniyyət Evinin qarşısında xidmət göstərən “ASAN xidmət”in məlumat bürosundan növbə aldıqdan sonra avtobusa daxil olaraq müraciətlərini edirlər.  

Səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.Bu xidmətlərə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tibb xidməti (qan qrupu, boy və göz rənginin təyini üçün), tərcümə xidməti daxildir.

Bildiririk ki, “ASAN xidmət”in səyyar avtobusu rayonda 29 sentyabr 2023-cü il tarixədək xidmət göstərəcəkdir.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Keçidlər