Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 28 May - Müstəqillik Gününə həsr olunmuş qaçış yarışı üzrə rayon birinciliyi keçirilib.

27 may 2024 | 15:31
Mayın 27-də Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunan 5 km məsafəyə qaçış üzrə rayon birinciliyi keçirilib.
300 nəfərdən çox iştirakçının mübarizə apardığı yarışlara rayonun Xırmandalı kəndinin giriş hissəsindən start verilib.Qaçış zamanı Heydər Əliyev parkında qurulmuş finiş xəttinə birinci olaraq Nəsimi kənd sakini Seymur Hüseynov, ikinci olaraq Xırmandalı kənd sakini Həbib Süleymanlı, üçüncü olaraq Əliabad kənd sakini Hüseyn Əliyev çataraq yarışın qalib olublar. Əlavə olaraq yarışda fərqlənən 10 nəfər iştirakçı da mükafatlandırılıb.
Mükafatlandırılma mərasimində iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qalibləri təbrik edərək, onlara uğurlar arzulayıb.
İcra başçısı çıxışında 28 may- Müstəqillik Gününün dünya azərbaycanlıları üçün tarixi əhəmiyyətindən danışaraq bu bayram gününün xalqımızın həyatında xüsusi əlamət kəsb edən hadisə olduğunu diqqətə çatdırıb.
Sonra qaliblərə medallar, Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Keçidlər