Biləsuvarda 28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunub.
28 may 2024 | 18:30
Biləsuvar rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin və “Əsgərə xatirə” layihəsinin birgə təşkilatçılığı ilə Biləsuvar Gənclər Evində keçirilən tədbirdə, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bayram münasibətilə rayon ictimaiyyətini təbrik edərək, iştirakçılara Azərbaycanın dövlətçilik tarixi barədə məlumat verib.
Tədbirin bədii hissəsində respublikanın və rayonumuzun tanınmış müğənnilərinin ifasında səsləndirilən bayram musiqiləri xoş əhval-ruhiyyə yaradıb.