Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 27 sentyabr – Anım Gününə həsr olunmuş intellektual yarış keçirilib.

25 sentyabr 2025 | 12:53

25 sentyabr 2025-ci il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr olunmuş "Qəhrəmanları tanıyaq” mövzusunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilmişdir.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Birinciliyin açılışında iştirak edən Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ziya Qurbanov bildirdi ki, intellektual oyunun keçirilməsində əsas məqsəd 44 günlük Vətən Müharibəsi və Şanlı Zəfər tarixinin təbliği, gənclərdə vətənpərvərlik və milli-mənəvi dəyərlərimizə hörmət hisslərinin aşılanması, onların intellektual səviyyəsinin, zehni inkişafının stimullaşdırılması, eləcə də dünya görüşünün artırılmasıdır.

Yarışda ümumtəhsil məktəb komandalarından ümumilikdə 30 gənc iştirak etdi. Sonda ən çox xal toplayan İnternat tipli lisey-məktəbin “Paradoks” komandası I yerə, Şəhər 4 nömrəli tam orta məktəbin “Avanqard” komandası II yerə, Şəhər 1 nömrəli tam orta məktəbin “Liondres” komandası isə III yerə layiq görülüb.

Qalib komandalar Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıb.

Keçidlər