Biləsuvarda 27 sentyabr - Anım Gününə həsr olunan dəyirmi masa keçirilib.
Biləsuvar rayon İcra Hakimiyyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər davam edir.
Biləsuvar Gənclər Evində keçirilən dəyirmi masanın iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxış edərək xalqımızın hər zaman öz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, xatirəsini uca tutduğunu söyləyib. O qeyd edib ki, ermənilərin ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 günlük Vətən müharibəsində rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhə, bütünlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr vurub.
Tədbirdə Biləsuvar Gənclər Evinin direktoru Vəkil Cəfərli və Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev çıxış edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində rəşadət göstərən əsgər və zabitlərimizdən, bütövlükdə xalqımızın əzm və iradəsindən, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsindən danışıblar.
Dəyirmi masa iştirakçılar tərəfindən maraqla qarşılanıb.






