Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 27 Sentyabr-Anım Günü ilə bağlı ağacəkmə aksiyası keçirilib.

30 sentyabr 2026 | 15:59

Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 27 Sentyabr-Anım Günü münasibətilə yaşıllıq ərazilərin genişləndirilməsi, ətraf mühitin qorunması və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə ağacəkmə aksiyaları keçirilib.

Aksiyada Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məslisin deputatı Bəhruz Məhərrəmov,  YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, İcra hakimiyyətinin aparatı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və rayon gəncləri yaxından iştirak ediblər.

 Tədbir zamanı rayon ərazisində ekoloji mühitin sağlamlaşdırılması və yaşıllıqların artırılması məqsədilə bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ həmişəyaşıl və dekorativ ağaclar əkilərək  aqrotexniki qulluq göstərilib.

Əkilən hər bir ağac Vətən naminə canından keçən şəhidlərimizin ölməz xatirəsinin, xalqımızın onlara olan tükənməz sevgi və ehtiramının rəmzi təzahürüdür.

 

Keçidlər