Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 23 iyun 2023-cü il tarixdə Dövlət qulluqçularının peşə bayramı qeyd olundu.

23 iyun 2023 | 11:56

23 iyun-Dövlət qulluqçularının peşə bayramı münasibətilə Biləsuvar rayon İcra Hakimiyyətində tədbir keçirildi.

İştirakçılar öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsinə gül dəstələri düzdülər.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. O bildirdi ki, Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətdə islahatları uğurla davam etdirir. Bu islahatlarda məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.

Faiq Qürbətov bildirdi ki, ölkədə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bir daha dövlət qulluqçularını təbrik etdi və onlara çətin və şərəfli peşələrində uğurlar arzuladı.

Sonda Dövlət qulluqçularının peşə bayramı münasibətilə bir qrup dövlət qulluqçusuna rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim olundu.

Keçidlər