Biləsuvarda 12 Noyabr -Konstitusiya gününə həsr olunmuş “Milli konstitusiyamızın banisi- Heydər Əliyev” adlı tədbir keçirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin, YAP Biləsuvar Rayon Təşkilatının və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrundan canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, 30 il bundan öncə müstəqil Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrinə sadiqlik, suveren, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaş cəmiyyətini bərqərar etmək kimi ülvi niyyətlər bəyan edilməklə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
İcra başçısı bildirib ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrində köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mütərəqqi sənəd idi.
Faiq Qürbətov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən işğal olunmuş torpaqlarımızın işğaldan azad edilməsi və qazanılan tarixi qələbə sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi və ədalət işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa olunub.
Tədbirdə çıxış edən YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı və Şirvan Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə sektorunun müdiri Azad Quliyev qeyd ediblər ki, bu Konstitusiya Azərbaycanın müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.
Konstitusiyaya əlavə və dəyişikliklər 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə edilib.
Vurğulanıb ki, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.






