Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 1 Oktyabr-Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu.

03 oktyabr 2026 | 08:38
1 Oktyabr-Prokurorluq işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Biləsuvar Rayon Prokuroru Ramin Nağdəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon prokurorluğunun işçiləri Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsinə tər çiçəklər düzdülər.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov prokurorluq işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkarlardan qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində uğurlar arzulayıb.
İcra başçısı qeyd edib ki, 17 iyul 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı Sərəncamla oktyabr ayının 1-i ölkəmizdə prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. Respublikamızda prokurorluq orqanlarının formalaşmasında Ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndərin iradəsi ilə gerçəkləşən bu əlamətdar gün prokurorluq işçilərinə dövlət səviyyəsində göstərilən qayğının və hərtərəfli dəstəyin əyani təzahürüdür. Bu gün də canab Prezident İlham Əliyev tərəfindən prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edir.
Çıxış edənlər prokurorluq orqanlarının əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Biləsuvar Rayon Prokuroru Ramin Nağdəliyev çıxış edərək göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirərək rəhbərlik etdiyi kollektivin bundan sonra da qanunun aliliyinin təmin olunması və cinayətkarlığa qarşı mübarizə sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini vurğulayıb.
Sonda Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Rayon Prokurorluğunun bir bir qrup əməkdaşı Biləsuvar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilib.
Keçidlər