Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 1 oktyabr- Beynəlxalq Ahıllar Günü qeyd olunub.

01 oktyabr 2024 | 14:42

Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 Oktyabr- Beynəlxalq Ahıllar Günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli bildirib ki,  tədbirin beynəlxalq səviyyədə keçirilməsi ahıllara diqqət və qayğının artırılması məqsədini daşıyır. Bu gün yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və digər sənədlər nəticəsində ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımlar atılıb.

Tədbirdə çıxış edən ağsaqqallardan Rüstəm Əliyev, Sabir Xammədov, Zakir Şahbazov və digərləri yaşlı nəsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar ölkə başçısının düşünülmüş, məqsədyönlü siyasətini hər zaman dəstəklədiklərini bildiriblər.

Keçidlər