Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü təntənəli şəkildə qeyd olunub!

01 iyun 2025 | 19:41

Bu gün Biləsuvar şəhər Mərkəzi Parkında Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.

Uşaqlar üçün təşkil olunan tədbirdə təqdim olunan rəngarəng proqramlar, musiqili çıxışlar, şeirlər, rəqslər və əyləncəli oyunlar iştirakçılara bayram əhval-ruhiyyəsi yaşadıb.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Çıxış edənlər uşaqların cəmiyyətin ən dəyərli sərvəti olduğunu vurğulayaraq, ölkəmizdə uşaqların hərtərəfli inkişafı üçün göstərilən dövlət qayğısından bəhs ediblər.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbirləri rayonun bütün təhsil və tərbiyə müəssisələrində, uşaq bağçalarında da təntənəli şəkildə qeyd edilib.

Keçidlər