Biləsuvar şəhərinin yeni yaşayış massivlərində yaşayan 245 abonentə təbii qaz verildi.
9 dekabr 2022-ci il tarixdə Biləsuvar şəhərinin “Təyyarə meydanı”, “Aqrolizinq” və “PMK-19” adlanan yeni yaşayış massivlərində yaşayan əhaliyə təbii qazın verilməsi ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov iştirak etmişdir.
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra hakimiyətinin başçısı Faiq Qürbətov sakinləri təbrik edərək əhalinin mavi yanacağa olan təlabatının ödənilməsi və yeni yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışmışdır. İcra başçısı qeyd etmişdir ki, məhz möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan uğurlu işlərin nəticəsidir ki, bu gün rayonumuzun bütün yaşayış məntəqələri qazlaşdırılıb.İndi artıq yeni salınan yaşayış məntəqələrinin mavi yanacaqla təmin edilməsi işləri aparılır.Bu gün isə Biləsuvar şəhərinin “Təyyarə meydanı” adlanan hissəsində 170 abonent, “Aqrolizinq” adlanan hissəsində 50 abonent və “PMK-19” adlanan yaşayış məntəqəsində 25 abonent olmaqla ümumilikdə 245 abonent mavi yanacaqla təmin edilir.
Tədbirdə çıxış edən sakinlər təbii qazla təchiz olunmalarına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.