Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar şəhərinin küçələrinə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

08 dekabr 2022 | 17:12

Biləsuvar rayon İcra Hakimiyyəti ötən il görülən işlərin davamı olaraq bu il də şəhərin Mübariz İbrahimov, Həzi Aslanov, Səməd Vurğun, 28 may, Süleyman Rəhimov, Bakı, Azadlıq, Baloğlan Abbasov, Fikrət Əmirov,Babək, Şəhid Şəhriyar Mirişli, Məmməd Araz, Qara Qarayev küçələrində yolların yenidən qurulması, təmiri və asfaltlaşdırılması işlərini həyata keçirir.

 Bu məqsədlə şəhərin müxtəlif istiqamətlərində yerləşən   küçələrində artıq asfaltın örtük hissəsinin təmizlənməsi, deformasiya və dağılmalar olan hissələrin isə yenilənərək kipləşdirilməsi işləri aparılır.

Bəzi küçələrdə asfaltlaşdırma işlərinə də başlanılmışdır. Bu küçələrdə ümumilikdə 6.7 km uzunluğunda  yeni asfalt örtüyü qoyulacaqdır.Görülən işlər çərçivəsində şəhərin Təyyarə Meydanı adlanan ərazisindəki Babək və C.Cabbarlı kücələrini birləşdirən yol əsaslı tikilərək birləşdiriləcək və bunun nəticəsində şəhərin mərkəzinə daxil olmadan  “Bolqarcay” üzərindən keçən  alternativ yoldan istifadə tam asanlaşacaqdır.

Bildiririk ki,ötən il Biləsuvar şəhərində ümumi uzunluğu 3.3 km olan 8 küçədə asfalt-beton örtüyü döşənmiş və əlavə olaraq 53 küçədə ümumi uzunluğu 21.5 kilometr yol qum-çınqıl qarışığı ilə üzlənmişdir.

Biləsuvar rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq  növbəti illərdə də təmiri və tikintisi nəzərdə tutulan digər küçə və yollarda işlərin aparılması nəzərdə tutulur. Bunun üçün yaradılmış komisiya tərəfindən təmir və tikintisi daha vacib olan yollar müəyyənləşdirilir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilən işlərin tam və keyfiyyətli icra olunması üçün bütün imkanlar səfərbər olunub.

Keçidlər