Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar şəhərinin küçələrinə asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirilir.

31 oktyabr 2023 | 18:10

Biləsuvar rayon İcra Hakimiyyəti ötən il görülən işlərin davamı olaraq 2023-cü ildə də şəhərin  23 küçəsində və 5 dalan hissəsində yolların yenidən qurulması, təmiri və asfaltlaşdırılması işlərini həyata keçirir.

 Bu məqsədlə şəhərin müxtəlif istiqamətlərində yerləşən   küçələrində artıq asfaltın örtük hissəsinin təmizlənməsi, deformasiya və dağılmalar olan hissələrin isə yenilənərək kipləşdirilməsi işləri aparılır.

Artıq Biləsuvar şəhərinin 8 küçəsində asfaltlaşdırma işləri başa çatdırılmışdır. Bu küçələrdə ümumilikdə 3.8 km uzunluğunda  yeni asfalt örtüyü qoyulub.

Bildiririk ki, bu il Biləsuvar şəhərində 23 küçədə və 5 dalanda ümumilikdə  10.8 km  asfalt-beton örtüyünün çəkilməsi işləri aparılacaqdır.

Biləsuvar rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq  növbəti illərdə də təmiri və tikintisi nəzərdə tutulan digər küçə və yollarda işlərin aparılması nəzərdə tutulur. Bunun üçün yaradılmış komisiya tərəfindən təmir və tikintisi daha vacib olan yollar müəyyənləşdirilir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilən işlərin tam və keyfiyyətli icra olunması üçün bütün imkanlar səfərbər olunub.

Keçidlər