Biləsuvar şəhərində piyada səkiləri yenidən tikilir.
Biəsuvar şəhərinin Heydər Əliyev, Nizami, 28 may və M.F.Axundov küçələrində piyada səkilərinin əsaslı şəkildə yenidən tikintisinə başlanılıb.
Hazırda Heydər Əliyev küçəsində 480 metr, Nizami küçəsində hər iki tərəfli olmaqla 534 metr, 28 may küçəsində isə 601 metr uzunluğunda olan səkilərin sürətlə tikintisi aparılır. M.F.Axundov küçəsində isə iki tərəfli olmaqla 1739 mert məsafədə piyada səkisinin tikintisinə yaxın günlərdə başlanılacaqdır. Ümumilikdə rayon üzrə 3354 metr uzunluğunda səki yenidən tikiləcəkdir.
Səkilərdə öncə qazılıb bərkidilmə işləri aparılır, bordyorlar qoyulur və qumlanır.Bu işlər başa çatdıqdan sonra səkilərə asfalt - beton örtüyü vurulacaqdır.
Bildiririk ki, işlər mərhələli şəkildə olmaqla növbəti illərdə digər küçələrdə də davam etdiriləcəkdir.