Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar şəhərində, Ağalıkənd və Çaylı kəndlərində yaşayan Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət olundu

25 sentyabr 2023 | 15:35

Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizədə böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş  Biləsuvarlı qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.

Biləsuvar Rayon İcra Hakimiyyəti  başçısının  müavinləri Ləman Yüzbaşova və  Vəlahəddin Yunsurov  Biləsuvar şəhərində, Ağalıkənd və Çaylı kəndlərində yaşayan Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarət edərək, onların valideynləri ilə görüşüblər. Görüşlərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilərək, onlar haqqında olan təəssüratlardan danışılıb, qəhrəmanlarımızın xatirələri anılıb.

Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi tarixi qələbə, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin qəhrəmanlığı sayəsində qazanılıb. Bizə Zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərin xatirəsi yaddaşlarda əbədi yaşayacaq və xatirələri daima əziz tutulacaqdır.Dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Görüşlərdə şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər